Ayaqyalın Lyrics

Ayaqyalın Lyrics
Song

Ayaqyalın

Language

Azerbaijani

Lyrics By

Tibu KM

Singer

Tibu KM

Song Lyrics

[Bənd 1]
Otaq hal-əhval verir, asmışam gillanda
Hələ də çatmaz kimi baxıram vitrindəki brilyanta
Əlimdə qırıq, kir, həyatı bənzədirəm bilyarda
Sənətimi almaq istəyirsiniz mənim, satıram 1 milyarda


Uğurlar uzaq deyil, bir balaca döz yerində
Görəsən mən təkəmmi darıxan gecələr öz evində?
Və hansısa bahalı restoran, aralı öz evimdən
Ən dadlı yeməklər bişir hərənin öz evində


Zaman qocaldır, aldı illər ağlımı
Elə maraqsızlardır öldürürdü marağımı
Kim uzadır saqqal, kimi qısaldır balağını
Bakı küləklər şəhəri, uçurdub çoxunun papağını


Yaman qocaldan, həyatın xətasıdır
Kim isə itirir başın, kim isə əbasını
Kim isə qılar namaz, kim isə qəzasını
Cəzalarınız gülməlidir, verin bizə ölüm cəzasını
[Nəqərat]
Hələ də mən ayaqyalın
Hər mahnıya canım yanır
Hələ yarıma yarım qalıb
Bir mahnılıq canım qalıb


Hələ də mən ayaqyalın
Hər mahnıya canım yanır
Hələ yarıma yarım qalıb
Bir mahnılıq canım qalıb


[Bənd 2]
Mən sona qədər vuruşub, mənlədir bu gic dəlilər
Divarlar, qan izləri, yumruqlar dönür dəmirə
Heç kimi istəmirəm, izləmirəm, pisləmirəm
Mənə layiq olanı verin, çox şey sizdən istəmirəm


Dostlar azaldı, dağ bir damcı qarlamadı
Məni danladı atam, mən oğlumu danlamadım
Tibu, sən istədiyin kimi, bilirəm parlamadın
Ya sən insanları, ya insanlar səni anlamadı


Və yalandan ümid verməyin, gələcəyim parlı
Köhnə sevdiklərim xoşbəxt, köhnə dostlarım varlı
Dəyərmi vida edən insana bir də həyat vermək?
Dəyərmi həyatımı məhv edən şeyə “həyat” demək?
(Həyat demək) Mən tale damarların doğramışam
Nə qədər cəhd eləmişəm, nə qədər yoxlamışam
Mən tamam birinə oxşamışam
Mən sanki öz birinci həyatımdan boşanmışam


[Nəqərat]
Hələ də mən ayaqyalın
Hər mahnıya canım yanır
Hələ yarıma yarım qalıb
Bir mahnılıq canım qalıb


Hələ də mən ayaqyalın
Hər mahnıya canım yanır
Hələ yarıma yarım qalıb
Bir mahnılıq canım qalıb

Updated by Manish Khutade ·

More Lyrics

Support Our Site

We rely on ads to keep our website running and provide you with quality content. By disabling your adblocker, you'll help support us and ensure we can continue delivering great content. Thank you!